ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanı polad və alüminium ixracına tətbiq etdiyi 50%-lik rüsumları iki dəfə artırmaqdan beş həftə müddətinə azad edib.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, Amerika lideri may ayından bəri davam edən tariflərdən azad olma sazişinin detalları ilə bağlı danışıqları başa çatdırmaq üçün bu müddəti təmin edib.
"ABŞ ilə əldə etdiyimiz razılaşma nəticəsində Böyük Britaniya poladının bu əlavə rüsumlara tabe olmayacağından məmnunuq. ABŞ-nin polad üçün 25%-lik gömrük rüsumunun ləğvi ilə nəticələnəcək razılaşmamızı həyata keçirmək üçün ABŞ ilə işləməyə davam edəcəyik", - Britaniya hökumətinin bəyanatından sitat gətirilir.
Mövsüm
Aznews.az