Emmanuel Makronun oğurlanmış mum fiquru geri qaytarılıb

4 İyun 2025 17:18 (UTC+04:00)

Ekoloji fəalların oğurluğu uzun sürmədi...

Ətraf Mühitin Mühafizəsi Təşkilatı "Greenpeace" bazar ertəsi günü Fransanın paytaxtı Parisdəki bir muzeydən "borc aldıqları" ifadə edilən prezident Emmanuel Makronun mum heykəlini geri qaytardıqlarını açıqladı.

"Greenpeace" fəalları üç ildən çox davam edən Ukrayna müharibəsi kontekstində Fransanın Rusiya ilə iqtisadi əlaqələrinə etiraz etmək üçün Qrevin Muzeyindən Makronun mum heykəlini oğurlayıblar.

Muzeydən götürülən heykəl simvolik etiraz olaraq Rusiya səfirliyinin qarşısına gətirilib.

Mövsüm

Aznews.az