AK Aİ-yə Ukraynadan olan qaçqınların müdafiəsini 2027-ci ilə qədər uzatmağı təklif edir

4 İyun 2025 19:03 (UTC+04:00)

Avropa Komissiyasının (AK) üzvləri Ukraynadan olan qaçqınların Avropa İttifaqı (Aİ) ölkələrində müvəqqəti müdafiə statusunun bir il müddətinə uzadılmasını təklif ediblər.

Komissiyanın mətbuat xidməti bu barədə bildirib.

"AK müvəqqəti mühafizə tədbirlərini daha bir il, 2027-ci il martın 4-nə qədər uzatmağı təklif edir. Bu, müvəqqəti müdafiədən faydalananlar və Aİ-yə üzv dövlətlər üçün hüquqi müəyyənlik təmin edəcək", - AK-nin saytında deyilir .

Avropa Komissiyası həmçinin ukraynalılara müvəqqəti mühafizə tədbirləri başa çatdıqdan sonra avtomatik olaraq sığınacaq almağa imkan verəcək strategiyanın hazırlanmasını təklif edib. Eyni zamanda qeyd olunur ki, Aİ ölkələri müvəqqəti müdafiə tədbirləri başa çatdıqdan sonra keçid dövrünə hazırlaşmalı və qaçqınların Ukraynaya qaytarılması planını təklif etməlidir.

Mövsüm

Aznews.az