Ermənistanda Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açılıb

4 İyun 2025 20:11 (UTC+04:00)

Ermənistanın İstintaq Komitəsi Sünikdəki sərhəd Texin kəndi yaxınlığında Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açıb.

Aznews.az-ın erməni mediasına istinadən məlumatına görə, heç kim saxlanılmayıb və hazırda istintaq aparılır.

Ermənistan KİV-in məlumatına görə isə bu faktla bağlı üç nəfər saxlanılıb və polisə aparılıb.