Xankəndidə əmək yarmarkası keçirilib, yeni vakansiyalar təqdim olunub

4 İyun 2025 21:34 (UTC+04:00)

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir.

Aznews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Agentlik tərəfindən növbəti əmək yarmarkası Xankəndidə keçirilib.
Bildirilib ki, yarmarkada Xocalı rayonu üzrə mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerləri üzrə vakansiyalar təqdim olunub.

Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.