37 yaşlı qadını ilan sancdı; vəziyyəti ağırdır

3 Sentyabr 2013 18:10 (UTC+04:00)
Avqustun 2-də Şamaxıda 37 yaşlı qadını ilan sancıb.

Hadisə qadın axsam saatlarında evinin həyətində təsərrüfat işləri ilə məşğul olarkən baş verib. Bu barədə məlumatı AzNews.az-a Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirb.

A.Maqsudovun sözlərinə görə, qadın təcili olaraq Bakıya gətirilsə də onun vəziyyəti ağırdır: "Bütün zəriri yardım göstərilib. Ancaq qadının vəziyyəti ağırdır. İlan onu sağ əlinin barmağından sancıb. Axsam olduğu üçün həyətindəki ilanı görməyib".

Elnarə
AzNews.az