İspaniya ÜDM-in 5%-i həcmində müdafiə xərcləri hədəfinin tətbiqinə qarşı çıxan yeganə NATO ölkəsi olaraq qalır.
Bu barədə ABC-nin verdiyi məlumatda qeyd edilib.
"Pedro Sançes (İspaniyanın baş naziri - red.) hökuməti hazırda NATO-da hərbi xərclərin faiz artımının təsdiqlənməsi məsələsində konsensusa mane olur. Hazırda buna qarşı çıxan yeganə ölkə İspaniyadır", - nəşr yazır.
Üstəlik, Sançes mövqeyini dəyişməsə, NATO-nun Haaqa sammitində bu təşəbbüsü fəal şəkildə irəli sürən ABŞ prezidenti Donald Trampla birbaşa münaqişəyə girə bilər.
Mövsüm
Aznews.az