Qırğızıstanda bir-birindən 6 dəqiqə sonra 4,6 və 4,1 bal gücündə iki zəlzələ baş verib.
Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutunun xəritəsində verilən məlumata görə , ölkənin Narın vilayətində seysmik hadisələr qeydə alınıb.
4,6 bal gücündə ilk təkanlar yerli vaxtla saat 16:18-də, ikinci - 4,1 bal gücündə - 16:24-də qeydə alınıb.
Yeraltı təkanlarının episentri Qara-Bulak kəndindən 12 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 17-20 km dərinlikdə yerləşib. Respublika Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə , dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Mövsüm
Aznews.az