Çin İndoneziyaya J-10 qırıcıları almağı təklif edir

5 İyun 2025 18:20 (UTC+04:00)

Çin hakimiyyəti İndoneziyaya aprelin sonunda münaqişənin gərginləşməsi zamanı Pakistan və Hindistan arasında hava döyüşləri zamanı sınaqdan keçirilmiş tək mühərrikli çoxməqsədli J-10 qırıcıları almağı təklif edib.

Bu barədə "Bloomberg" xəbər verib.

İndoneziya müdafiə nazirinin müavini Donni Ermavan Taufantonun sözlərinə görə, milli hökumət hazırda təyyarənin əməliyyat tələblərinə cavab verib-vermədiyini və İndoneziyanın mövcud sistemlərinə inteqrasiya oluna biləcəyini yoxlayır.

Razılaşma təklifi İndoneziya Hərbi Hava Qüvvələrinin (IAF) rəsmiləri Çinə səfər edərkən Çindən gəlib. Taufanto qeyd edib ki, hələlik "bu, sadəcə bir təklifdir". Mümkün qırıcı təyyarənin alınması ilə bağlı bütün söhbətlər ilkindir və Cakarta hələ J-10-un texniki qiymətləndirilməsini aparmaq üçün Pekinə komanda göndərməyib.

Mövsüm

Aznews.az