Cəlilabadda toyda döyülən şəxs ölüb

5 İyun 2025 21:13 (UTC+04:00)

Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən insident ölümlə nəticələnib.

Belə ki, 1984-cü il təvəllüdlü Qənbər Yusubov toyda iki qardaş tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Yusubov xəstəxanaya hospitalizasiya olunub və ona ilkin tibbi yardım göstərilib.

O, xəstəxanada qalmaqdan imtina edib.

Daha sonra səhhəti pisləşdiyi üçün bu gün yenidən xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

AzNews.az