Trampdan Rusiyaya təzyiq...

5 İyun 2025 21:07 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətin həlli ilə bağlı müəyyən etdiyi müddətə qədər razılığa gəlməzsə, anti-Rusiya sanksiyalarını sərtləşdirməyə hazır olduğunu açıqlayıb.

Onun sözlərinə görə, o, özü üçün daxili son tarix qoyur - münaqişəni dayandırmağın artıq mümkün olmadığı aydınlaşdığı an.

Ağ Evdə Almaniya kansleri Fridrix Merzlə görüşü zamanı Tramp deyib: "Bu, mənim fikrimcə, son tarixdir. Bunun dayandırıla bilməyəcəyi anı görəndə və əminəm ki, siz də eyni şeyi edəcəksiniz. Bu, çox, çox çətin olacaq. Bilirsiniz, tanqo üçün iki lazımdır. Amma biz çox sərt olacağıq".

Mövsüm

Aznews.az