NATO-nun baş katibi Mark Rutte alyansın hərbi xərclərinin səviyyəsini ümumi daxili məhsulun (ÜDM) 5%-ə çatdırmağı rəsmi olaraq təklif edib.
O, bu barədə Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Sammitinin birinci gününün yekunlarına dair açıqlama verib.
"Mən tam əminəm ki, biz buna nail olacağıq. Mən ümumi investisiya planı təklif edəcəyəm, ona əsasən, müdafiə investisiyaları ÜDM-in 5%-ni, əsas müdafiə xərcləri üçün ÜDM-in 3,5%-ni təşkil edəcək. Həmçinin, 2032-ci ilə qədər təhlükəsizliklə bağlı xərclərə əlavə 1,5% ayrılacaq", - NHK mətbuat konfransında Rutte deyib .
Alyansın baş katibi həmçinin qeyd edib ki, nüvə qarşısının alınması Alyansın təhlükəsizliyinin təməl daşı olaraq qalır. Rutte vurğulayıb ki, nüvə silahı mövcud olduğu müddətdə NATO nüvə ittifaqı olaraq qalacaq.
Mövsüm
Aznews.az