Slovakiyanın baş naziri Robert Fiko Avropa Komissiyasının (AK) Rusiyadan Avropa İttifaqına (Aİ) bütün enerji təchizatını tamamilə dayandırmaq təklifinə qarşı olduğunu bildirib.
O, bu barədə "Facebook" sosial şəbəkəsində yazıb.
“Mən Avropa Komissiyasının Rusiya Federasiyasından Aİ ölkələrinə bütün qaz, neft və nüvə yanacağının tədarükünü tamamilə dayandırmaq təklifinə qəti şəkildə qarşı çıxmaq niyyətindəyəm", - Fiko bildirib.
Onun sözlərinə görə, bu təklif həyata keçirilsə, Aİ-nin ümumi rəqabət qabiliyyətinə son dərəcə mənfi təsir göstərəcək və onun bəzi üzvləri üçün praktiki olaraq həll edilməyən vəziyyətlər yaradacaq.
Mövsüm
Aznews.az