Polşa tərəfi Terespol keçid məntəqəsində Belarus tərəfdən avtobusların qəbulunu dayandırıb.
Bu barədə BelTA agentliyi Belarus Dövlət Sərhəd Komitəsinə istinadən məlumat yayıb.
"Mövcud məlumata görə, saat 10:00-dan [Polşa] Terespol sərhəd-keçid məntəqəsinin nəzarət xidmətləri onların ərazisinə avtobusların girişini dayandırıb. Həmçinin, iyunun 4-ü axşam saatlarından etibarən minik avtomobillərinin qəbulunda fasilələr yaranıb", - nəşr Belarus sərhədçilərinə istinadən yazıb.
Bildirilir ki, Belarusdan Polşaya getmək üçün növbədə 1555 minik avtomobili və 55 avtobus var.
Mövsüm
Aznews.az