Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək

6 İyun 2025 09:33 (UTC+04:00)

QMİ sədri yeni Roma Papası ilə görüşəcək.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqal Şurasının Vatikanda görüşü planlaşdırılır:

"Vatikanda Roma Papası Robert Frensis Prevostlə də görüşümüz nəzərdə tutulub. Ümidvaram ki, o, yaxın zamanlarda Azərbaycana səfər edəcək".

AzNews.az