Goranboyda leysan nəticəsində fəsadlar yaranıb

7 İyun 2025 22:47 (UTC+04:00)

Goranboyda yağan leysan nəticəsində fəsadlar yaranıb.

Aznews.az xəbər verir ki, leysan Goranboy - Aşağı Ağcakənd avtomobil yolunun Aşağı Ağcakənd qəsəbəsi hissəsində qum-çınqıl yolu tutaraq avtomobillərin hərəkətində maneələr yaradıb.

Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyası tərəfindən yerində monitorinq keçirilib və müvafiq texnikalar əraziyə cəlb edilməklə, yolda bərpa işləri aparılıb, yolun hərəkəti təmin edilib.