Zelenski: ABŞ-ın yardımı olmasa, Ukrayna ciddi itkilərlə üzləşə bilər

8 İyun 2025 23:19 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ABŞ-ın dəstəyi olmadan ölkəsi ciddi itkilərlə üzləşə bilər.

Aznews.az xəbər verir ki, bu barədə o, "ABC News" telekanalına verdiyi müsahibədə bildirib.

Zelenskinin sözlərinə görə, əgər Kiyev Amerikanın yardımından məhrum olsa, bu, Rusiyanın qələbə qazanmaq şanslarını artıracaq.