Bakının Nərimanov rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə yaranan xoşagəlməz hadisə ilə bağlı sözügedən təhsil ocağı məlumat yayıb.
Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, iyunun 6-da 207 nömrəli tam orta məktəbin XI sinif şagirdləri məktəb rəhbərliyinin razılığı və rəqs müəllimlərinin iştirakı ilə təhsil müəssisəsinin həyətyanı sahəsində "Son zəng" tədbirinə hazırlıq məşqlərini edərkən gözətçi uşaqların məşqinə mane olub.
"Buna görə, şagirdlər ona öz iradlarını bildirib, nəticədə kiçik mübahisə yaranıb. Şagirdlər tərəfindən gözətçiyə qarşı heç bir təzyiq göstərilməyib. Məsələ ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən şagirdlər, valideynlər və sinif rəhbərləri ilə görüş keçiriləcək, müvafiq söhbət aparılacaq, nəzarət tədbirləri gücləndiriləcək", - deyə məlumatda qeyd olunub.
AzNews.az