Həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb

9 İyun 2025 11:49 (UTC+04:00)

İyunun 7-də və 8-də polis əməkdaşları növbəti əməliyyat tədbirləri həyata keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 qumbara, 1 qumbaraatan, 2 alışdırıcı, 4 tüfəng, 12 patron darağı və 2176 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.