İranda poladəritmə zavodunda partlayış olub, 1 nəfər ölüb, 7 nəfər yaralanıb

9 İyun 2025 22:28 (UTC+04:00)

İranda poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb.

Aznews.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

“Nətənz şəhəri ətrafında İmamzadə rayonunda yerləşən Xalidabad poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb”, - məlumatda deyilir.

Ölənlərin və yaralananların Əfqanıstan vətəndaşları olduğu qeyd edilir. Onların hamısı yaxınlıqdakı tibb məntəqələrinə göndərilib.