“Əlcəzirə“ kanalının yayımı dayandırıldı

3 Sentyabr 2013 19:28 (UTC+04:00)
Misirin inzibati məhkəməsi Qətərdə mərkəzləşən "Əlcəzirə" telekanalının Misir filialının yayımının dayandırılmasına qərar verib.

Bu qərar telekanalın Misirin yeni rəhbərliyinə müxalif mövqedə dayanması ilə əsaslandırılıb.

Misir hökuməti ötən həftə "Əlcəzirə" telekanalının Misir filialını qeyri-qanuni və qeyri-peşəkar adlandıraraq, onun fəaliyyətini qadağan etmişdi. Müvafiq göstərişi İnvestisiyalar Nazirliyi, eləcə də telekanalların yayımına icazə və lisenziya verən Texnologiya, Rabitə və İnformasiya Nazirliyi hazırlayıb.

Məhkəmə həmçinin "Yarmuk", "Əl-Qüds" və "Müsəlman Qardaşları"na məxsus "Əhrar 25" telekanalının da bağlanmasına qərar verib. Həmin telekanallar da öz efirində Məhəmməd Mursinin tərəfdarlarının nümayişlərini dağıdan güc strukturlarının hərəkətləri tənqid edib.

AzNews.az