İran-ABŞ danışıqları iyunun 15-də davam edəcək

10 İyun 2025 16:42 (UTC+04:00)

"İran və ABŞ arasında dolayı danışıqların növbəti raundunun gələn bazar günü Maskatda keçirilməsi planlaşdırılır".

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi qeyd edib.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra verdiyi açıqlamada İranla danışıqların iyunun 12-də keçiriləcəyini açıqlamışdı.

İran və ABŞ arasında davam edən nüvə danışıqlarında tərəflər indiyədək Maskat və Romada beş raund görüş keçiriblər.

Danışıqlarda Tehranın uranın zənginləşdirilməsi məsələsi iki ölkə arasında əsas qalmaqal olaraq qalır.

İran nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində sanksiyaların götürülməsini istəyir ki, bu da onun atom bombası istehsalının qarşısını alsın.

ABŞ İrana uranın zənginləşdirilməsi üzrə fəaliyyətlərin tamamilə dayandırılmasını nəzərdə tutan razılaşma təklif etmişdi. İran "qırmızı xətlərini" keçən təklifi qəbul etməyəcəyini və ABŞ-yə öz təklifini ehtiva edən cavab hazırladığını bildirib.

Mövsüm

Aznews.az