İTV-də yeni təyinatlar

3 Sentyabr 2013 15:50 (UTC+04:00)
Bu gün İctimai Televiziyada yeni təyinatlar olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, indiyə qədər AZTV-də ictimai-siyasi proqramlar departamentinin direktor müavini vəzifəsində çalışmış Şaiq Məmmədov İTV-də baş direktorun ictimai-siyasi məsələlər üzrə müavini təyin olunub.

İTV-nin Xəbərlər Departamentinə isə indiyə qədər kanalın analitik proqramlar departamentində müxbir vəzifəsində çalışmış Mehparə Quliyeva təyin olunub.

Televiziyanın analitik proqramlar departamentinə isə Füzuli İsmayılov direktor təyin olunub. F. İsmayılov indiyə qədər televiziyanın kino-dublyaj departamentinin direktoru olub.

Qeyd edək ki, bu gün İTV-nin baş direktorunun ictimai-siyasi məsələlər üzrə müavini Oqtay Bayramov, departament direktorları Anar Yusifoğlu və İlham Sərxanlı vəzifələrindən azad olunublar.

AzNews.az