Kanada NATO-nun hədəfinə 5 il tez çatacaq

10 İyun 2025 16:57 (UTC+04:00)

Kanadanın Baş naziri Mark Karni, "ABŞ-dən hərbi asılılığı azaltmaq" və qlobal qeyri-sabitliyin artması səbəbindən NATO-nun gələn ilin əvvəlində 2 faizlik müdafiə xərcləri hədəfinə çatacağını açıqladı.

Karni Torontoda etdiyi çıxışında NATO-nun müttəfiq ölkələrdən gözlədiyi Ümumi Daxili Məhsulun (ÜDM) yüzdə 2-ni hərbi xərclərə ayırma hədəfinə çatmaq üçün müdafiə büdcəsinə milyardlarla dollar sərmayə qoyacaqlarını bildirib.

Kanadanın hərbi baxımdan "ABŞ-dən çox asılı olduğunu" vurğulayan Karni, "Artıq müdafiə kapitalı xərclərimizin dörddə üçünü ABŞ-yə göndərməməliyik", - deyə qeyd edib.

Karni, gələn ilin əvvəlində 2 faizlik müdafiə xərcləri hədəfinə çatacaqlarını və hədəfə vaxtından 5 il əvvəl çatacaqlarını bildirib.

Kanada ordusunun infrastruktur və texnikasının köhnəldiyini, bunun da hərbi hazırlıq qabiliyyətini aşağı saldığını bildirən Karni, müdafiə sahəsində edilən investisiyaları və satınalmaları şaxələndirəcəklərini qeyd edib.

Karni investisiyaların xüsusilə yeni sualtı qayıqlar, təyyarələr, gəmilər, zirehli maşınlar, artilleriya sistemləri, radar, pilotsuz uçuş aparatları (PUA) və Arktika müşahidə sistemlərinə ediləcəyini vurğuladı.

Mövsüm

Aznews.az