Acun Ilıcalı "Fənərbaxça"dan ayrılıb

11 İyun 2025 22:18 (UTC+04:00)

Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça"da ayrılıq yaşanıb.

Aznews.az xəbər verir ki, "sarı-lacivərdlilər"in vitse-prezidenti Acun Ilıcalı İdarə heyəti üzvlüyündən istefa verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında Ilıcalıya indiyədək göstərdiyi xidmətlərə görə təşəkkür edildiyi və gələcək fəaliyyətində ona uğurlar arzulandığı bildirilib.