Şəhid ailəsi üçün Prezident təqaüdü artırılıb

12 İyun 2025 20:23 (UTC+04:00)

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırılıb.
Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2025-ci il iyulun 1-dən Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 600 manatdan 700 manata qaldırılıb.