Vahid Ələkbərov qəza törədən müavinini işdən uzaqlaşdırdı

3 Sentyabr 2013 19:54 (UTC+04:00)
Azərbaycanlı iş adamı Vahid Ələkbərovun rəhbərlik etdiyi "Lukoil" şirkətinin ümumi məsələlər, korporativ təhlükəsizlik və əlaqələr üzrə vitse-prezidenti Anatoli Barkov işdən azad edilib.

Şirkətin yaydığı açıqlamada bildirilir ki, Bakrov təqaüdə çıxması ilə əlaqədar vəzifəsini tərk etməli olub.

Barkov bundan sonra şirkətdə fəaliyyətini müşavir kimi davam etdirəcək. Vitse-prezident kürsüsündə isə onu Stanislav İzotov əvəz edəcək.
Qeyd edək ki, Barkovun adı ictimaiyyətə əsasən bu ilin fevralında baş verən qəza hadisəsi nəticəsində məlum olub. Barkovun maşını başqa bir maşınla toqquşub və nəticədə 35 yaşlı Olqa Aleksandrina və 72 yaşlı qaynanası Vera Sidelnikova həlak olub. "Lukoil"un vitse-prezidenti Barkov isə ayağından xəsarət alıb.

Moskva milisi hadisədə Barkovun günahının olmadığını bildirsə də, şahidlər fərqli fikirlər söyləyib. Belə ki, onların sözlərinə görə, qəza vəziyyətini məhz Barkovun idarə etdiyi "Mercedes" yaradıb. Tıxaca düşməmək üçün Barkov avtomobili yanlış yolda sürüb.

Elnarə
AzNews.az