İran İsrailə 100-dən çox PUA buraxıb

13 İyun 2025 09:24 (UTC+04:00)

Son bir neçə saat ərzində İran İsrailə 100-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb.

"Report"un "The Times of Israel"ə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Effi Derfin bildirib.

O əlavə edib ki, İsrail Ordusu onları vurmaq üçün tədbirlər görür.