İran ordusu İsrailin İran ərazisinə endirdiyi zərbələrə cavab verəcək və bundan sonra Təl-Əviv etdiyinə peşman olacaq.
Bunu İran xalqına müraciətində İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
"İran İslam Respublikasının qanuni və güclü cavabı (İsrailin hərəkətlərinə - red.) düşməni öz axmaq hərəkətlərinə görə peşman edəcək", - prezident deyib, müraciətin mətni onun rəsmi saytında dərc olunub .
O, iranlıları birlik və həmrəylik içində qalmağa çağırıb ki, ölkə bu çətin anı “mümkün qədər cəsarətlə” keçsin.
Mövsüm
Aznews.az