Müdafiə Naziri İrana başsağlığı verdi

13 İyun 2025 17:00 (UTC+04:00)

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı mesajı yayıb.

AzNews.az xəbər verir ki, mesajda deyilir: "İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən Məhəmməd Bağeri xoş xatirələrlə yadda qalacaq.

Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!"

AzNews.az