İran hökuməti İsrailin İslam Respublikası ərazisinə endirdiyi zərbələrlə əlaqədar təcili iclas keçirib .
İSNA xəbər agentliyi bu barədə məlumat yayıb.
“Görüş zamanı ölkədəki vəziyyət müzakirə edilib, bütün icra hakimiyyəti orqanlarının [əhalinin] əsas ehtiyacları, yanacaq, dərman və digər tələbat malları ilə təmin edilməsinə hazır olduqları bildirilib və lazımi planlaşdırma aparılıb”, - məlumatda deyilir.
Mövsüm
Aznews.az