Tramp regional müharibə ehtimalından narahat deyil

13 İyun 2025 20:43 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumundan sonra regional müharibə ehtimalından narahat deyil.

Reuters agentliyi bu barədə bildirib.

“O (Tramp - Red.) İsrailin zərbələri nəticəsində regional müharibənin başlanması ehtimalından narahat olmadığını bildirib”, - agentliyin materialında deyilir.

Tramp həmçinin deyib ki, İsrailin zərbələrindən sonra İranın hələ də işlək nüvə proqramı olub-olmadığı aydın deyil.

Mövsüm

Aznews.az