İran İsrailə raket hücumuna başlayıb

13 İyun 2025 22:53 (UTC+04:00)

İran İsrailə raket hücumuna başlayıb.

Aznews.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilib ki, İran İsrailə cavab zərbəsi endirir.

İrandan İsrailə doğru 100-dən çox ballistik raket atılıb. Raketlərin artıq paytaxt Tel əvivə çatdığı bildirilir.

Təl-Əvivdə partlayışlar baş verib.

Yerli mətbuat İran raketlərinin şəhərin bəzi bölgələrinə düşdüyü və partlayışların baş verdiyi haqda məlumat yayıb.

Aznews.az