IRNA: İran raketləri İsrail Milli Təhlükəsizlik Nazirliyinin binasına dəyib

13 İyun 2025 23:12 (UTC+04:00)

İran tərəfindən buraxılmış bir neçə raket İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına dəyib.

Aznews.az xəbər verir ki, bu barədə İranın dövlət agentliyi IRNA məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) İsrail ərazisində onlarla hədəfə, hərbi və aviabazalara zərbələr endirildiyini bildirib.