Şuşada ilk dəfə "Son Zəng" tədbiri keçirilib

14 İyun 2025 12:53 (UTC+04:00)

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə işğaldan sonra ilk dəfə "Son Zəng" tədbiri keçirilib.

Aznews.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov və digər qurumların rəhbər şəxsləri iştirak edib.

“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.