Suriya müharibəsi 60 gün davam edəcək - Qətnamə

4 Sentyabr 2013 07:44 (UTC+04:00)
ABŞ Konqresinin yuxarı palatasının xarici məsələlər üzrə komitəsinin üzvləri Suriyaya qarşı hərbi gücdən istifadəyə dair qətnaməni razılaşdırıb. Qətnamə layihəsinin bu gün səsə qoyulacağı gözlənilir.

"Associated Press"in məlumatına görə, sənəd Suriyaya hərbi müdaxilənin 60 gün davaç edəcəyini nəzərdə tutur. Ancaq Konqresin qərarına əsasən bu müddət daha 30 gün artırıla bilər.

Sənəd həmçinin Suriyada ABŞ-ın quru qoşunlarından istifadəsini qadağan edir.

Elnur
AzNews.az