İsrail Müdafiə Qüvvələri (IDF) İranın hücumlarına cavab olaraq İslam Respublikasında olan bütün reaktiv yaylım atəş sistemlərinin üçdə birini məhv edib.
İDF sözçüsü Efi Defrin bu barədə bildirib.
"IDF İran rejiminin bütün raket buraxılış qurğularının təxminən üçdə birini məhv edib. Eyni zamanda Hərbi Hava Qüvvələri 20-dən çox "yer-yer" raketini məhv edib", - Srugim portalı brifinqdə onun sözlərini sitat gətirir .
Defrin aydınlaşdırıb ki, son 24 saat ərzində İsrail ordusu İsfahanda 100-dən çox hərbi obyekti vurub.
Mövsüm
Aznews.az