İranın fövqəladə hərbi qərargah rəisi İsrailin zərbələri nəticəsində öldürülüb

17 İyun 2025 12:04 (UTC+04:00)

İranın ən yüksək rütbəli hərbi zabiti Ali Şadmani İsrail qırıcılarının Tehranın dərinliklərindəki hava hücumunda öldürülüb.

Bu barədə İsrail Ordusu məlumat yayıb.

Şadmani İranın fövqəladə hərbi qərargahının rəhbəri olub, həm SEPAH, həm də orduya nəzarət edib.

Qeyd edək ki, Şadmani bu vəzifəyə dörd gün əvvəl təyin olunub.