İranın İsrailə atdığı raketlər zərərsizləşdirilir

17 İyun 2025 14:25 (UTC+04:00)

İsrail Müdafiə Ordusu İranın atdığı raketlər səbəbindən ölkədə hava həyəcanı siqnallarının işə düşdüyünü bildirir.

Bu barədə “Report” İsrail Müdafiə Ordusuna istinadən xəbər verir.

Onların məlumatına görə, raketlər zərərsizləşdirilir.

İsrail KİV-inin məlumatına görə, Təl-Əvivdə hava həyəcanı siqnalları, partlayış səsləri eşidilir.