Ərdoğan aşiq olmasının tarixçəsini danışdı

4 Sentyabr 2013 08:49 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Ustanın Hikayesi" adlı proqramda xanımı Əminə Ərdoğana aşiq olduğu günlərdən danışıb.

Eşq hekayəsini ilk dəfə öz dili ilə anladan baş nazirin Əminə xanımla tanışlıq və evlilik hekayəsi böyük maraqla qarşılanıb. Baş nazir bildirib ki, xanımı ilə Kasımpaşadakı Təpəbaşı kazinosunda tanış olub: "Orada partiyamızın bir toplantısı var idi. Əminə xanım diqqətimi çəkdi. Eşq insanın sevgidə yox olmasıdır. Bir aşiq olduq, pir aşıq olduq. İndi də belə davam edirik. Sağ olsun ki, qəhvəmə duz atmadı".

Elçilikdən də danışan baş nazir qayınatası və qayınanasının heç bir problem olmadan qızı ona verdiklərini vurğulayıb: "Uzatmadıq. Bir ilin içində nişan etdik və nikah bağladıq".

Siyasətə başladığı ilk günlərdən ailə üzvləri ilə tez-tez görüşə bilmədiyini deyən Ərdoğan "Bir gecə yataq otağının qapısına böyük qızım bir qeyd asdı. Yazırdı ki, ata, bir gecəni də bizə ayır. Onların da haqqı var. Mən gəlirəm, onlar yatırlar. Eyni tərəfə baxmağımız, eyni yolda yürüməyimiz, həyat yoldaşımın yükümü daşıması işimizi asanlaşdırdı. Bu da bizi siyasətdə güclü etdi".

Elnur
AzNews.az