“Köç” İtaliyadan mükafatla qayıdıb

4 Sentyabr 2013 08:59 (UTC+04:00)
"Köç" filmi VI Beynəlxalq "Faito doc Festival" sənədli filmlər festivalında mükafat qazanıb.

İtaliyanın Neapol şəhərində nümayiş olunan filmin rejissoru Rusiyada yaşayan həmyerlimiz Rodion İsmailovdur.

52 dəqiqəlik "Köç" sənədli filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir.

Qeyd edək ki, "Köç" filmi bu günə kimi 30-dan yuxarı beynəlxalq festivalda iştirak edib.

Bahar
AzNews.az