Ermənistanda iş adamı hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur

18 İyun 2025 12:45 (UTC+04:00)

Ermənistanda saxlanılan iş adamı Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunub.

Bu barədə jurnalistlərə vəkil Armen Feroyan bildirib.

Ermənistan İstintaq Komitəsi məhkəməyə S.Karapetyannın həbsi ilə bağlı iddia təqdim edib. Vəkil bildirib ki, iş adamı öz əməllərində cinayət tərkibinin olmadığı qənaətindədir.