Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 15 il ötür

18 İyun 2025 16:22 (UTC+04:00)

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasından 15 il ötür.

Bu münasibətlə qəhrəmanın doğulduğu Biləsuvar rayonunun Əliabad kəndindəda anım günü qeyd edilir, onun ailəsi və ev-muzeyi ziyarət olunur.

Anım tədbirində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, qazilər iştirak edirlər.

Qeyd edək ki, Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girib. Düşmən qüvvələri ilə 5 saat təkbaşına döyüşərək onu ağır itkiyə məruz qoyan Milli Qəhrəman qəhrəmancasına şəhid olub.