NATO sammitinin gündəliyinə Ukraynanın alyansa üzvlük mövzusu daxil deyil.
Bu barədə Litvanın LRT telekanalı ölkənin xarici işlər naziri Kestutis Budrisə istinadən xəbər verib.
“Bu məsələ qətiliklə NATO-nun gündəmində deyil və heç kim Haaqaya dəvət olacağına dair hər hansı bir gözlənti ifadə etməyib və biz bunu ukraynalıların özlərindən eşitməmişik”, - Budris bildirib.
Onun sözlərinə görə, vəziyyət praktiki olaraq alyansın 2024-cü ildəki sonuncu sammitindən əvvəlki kimidir.
Mövsüm
Aznews.az