“Sarkisyanla Qarabağ problemini müzakirə etdik”

4 Sentyabr 2013 09:30 (UTC+04:00)
"Biz Serj Sarksiyanla Qarabağ probleminin həlli yollarını müzakirə etdik".

Modern.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyanla keçirdiyi görüşün nəticələri ilə bağlı KİV üçün keçirilən mətbuat konfransında bəyan edib. Lakin Putin bu müzakrələrin təfərüatlarını açmayıb.

Kremlin sahibi deyib ki, onun təklifini qəbul edib Moskvaya gəldiyi üçün Sərkisyana təşəkkür edir. "Ermənistan prezidenti ilə görüşümüz konstruktiv, dostluq, açıq və səmimi şəraitdə keçdi"-deyə Putin bidlrib. Öz qeyd edib ki, görüş zamanı rus-erməni əməkdaşlığının gələcək perspektivləri əhatəli şəkildə müzakirə olunub.

Öz növbəsində S.Sarkisyan bildirib ki, regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Putinlə müzakirə aparıb.

"Mən bir daha bəyan etdim ki, Ermənistan münaqişənin yalnız sülh yolu ilə həll edilməsi üçün hazırdır. Münaqişə bərabərlik, xalqların öz müqəddaratını təyinetmə hüququ, güc tətbiq etməmək və dövlətin ərazi bütövlüyü əsasında həll olunmalıdır"-deyə Sarkisyan qeyd edib.

O bildirib ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında əks olunmuş prinsiplər üzrə böhrandan çıxış yolu üçün yolların axtarmağa hazırdır.

AzNews.az