ABŞ öz vətəndaşlarını İsraildən təxliyə edəcək

18 İyun 2025 23:21 (UTC+04:00)

ABŞ-nin İsraildəki səfiri Mike Huckabee deyib ki, İranın raket hücumlarından sonra İsraili tərk etmək istəyən ABŞ vətəndaşları üçün təxliyə işləri davam edir.

ABŞ səfiri Huckabee, X hesabında verdiyi açıqlamada, səfirliyin İsraili tərk etmək istəyən ABŞ vətəndaşları üçün evakuasiya uçuşları və kruiz gəmilərinin yola salınması üzərində işlədiyini bildirib.

Huckabee qeyd edib ki, evakuasiya üçün qeydiyyat başlayıb.

Digər tərəfdən, “İsrail Hayom” qəzetində yer alan xəbərdə İranla qarşıdurma başlayandan bəri ilk dəfə olaraq 20 İyunun Cümə günü əcnəbilərin və diplomatların ölkədən uçmasına icazə veriləcəyi açıqlanıb.

Hesabatda israillilərin yalnız bir istisna komitəsinin razılığı ilə uça biləcəyi bildirilib.

Mövsüm

Aznews.az