Tramp İrana qarşı səbrinin tükəndiyini deyir, Xamneyiyə uğurlar arzulayır

18 İyun 2025 22:12 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp İrana qarşı səbrinin tükəndiyini deyib və ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin Tehranın ona qarşı tətbiq edilən müharibədə güclü müqavimət göstərmək niyyətində olması ilə bağlı sözlərinə reaksiya verərək ona uğurlar arzulayıb.

O, Ağ Ev qarşısında jurnalistlərə İrana qarşı səbrinin nə vaxt tükənəcəyini soruşduqda, "Artıq bitib. Ona görə də biz etdiyimizi edirik" dedi.

Tramp İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını danışıqlar masası arxasında həll etmək üçün Tehrana 60 gün vaxt verdiyini bir daha vurğulayıb. "Çox vaxt" dedi.

“Və onlar səhv etdilər”, o, İran hökumətinə istinad edərək əlavə edib.

İranın xarici təzyiqlərə müqavimət göstərəcəyi barədə xəbərdarlıq edən Ayətullah Əli Xamneyiyə nə deyəcəyini sualına Tramp, “Uğurlar deyirəm” cavabını verib.

Mövsüm

Aznews.az