İran ABŞ-yə etiraz notası göndərib

18 İyun 2025 23:42 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın İranla bağlı sərt bəyanatlarına cavab olaraq , ABŞ-nin bu ölkədəki maraqlarını təmsil edən İsveçrənin Tehrandakı səfiri Nadine Oliveri Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Mehr agentliyi bu barədə məlumat yayıb.

“ABŞ prezidenti Donald Trampın sionist rejimin İran İslam Respublikasının milli suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzü və hərbi hücumları ilə bağlı son məsuliyyətsiz və hədələyici bəyanatlarından sonra İsveçrənin Tehrandakı səfiri xanım Nadine Oliveri Lozano ABŞ Xarici İşlər Nazirliyinə çağırılıb ”, - nəşrin Teleqram kanalında deyilir.

Qeyd olunur ki, ona dərhal ABŞ hökumətinə çatdırılması üçün rəsmi etiraz notası verilib.

Mövsüm

Aznews.az