Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib

19 İyun 2025 16:45 (UTC+04:00)

Baş Prokuror Kamran Əliyevin əmri ilə Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.

Abdullayev Natiq Saleh oğlu Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə, Həsənəliyev Fazil Əsgər oğlu Elm-Tədris mərkəzinə, Mahir Abbasov İstintaqa Nəzarət İdarəsinin, Kazımov Ceyhun Sultan oğlu Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəis təyin ediliblər.

Qeyd edək ki, təyin olunan şəxslər əvvəllər başqa idarələrin rəisləri olublar.