Azərbaycan qarğıdalı idxalını 36 %-dən çox azaldıb

19 İyun 2025 17:53 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycana 36 min 715 ton qarğıdalı idxal edilib.

Bu, həcmdə qarğıdalının dəyəri 13 milyon 823 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 20 min 898 ton (36,2 %), dəyər baxımından isə 4 milyon 380 min ABŞ dolları (24 %) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilə xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.